"Kurtlar Vadisi Pusu"da Azərbaycandakı seçkilərdən danışıldı (VİDEO)

4 Oktyabr 2013 11:29 (UTC+04:00)

Kino  Türkiyənin istehsalı olan və Azərbaycan tamaşaçılarının da maraqla izlədiyi məşhur "Kurtlar Vadisi Pusu" serialının növbəti seriyasında yenidən Azərbaycan dövləti ətrafında cərəyan edən proseslərdən danışılıb.


Movqe.az-ın modern.az-a istinadən verdiyi məlumata görə, filmin oktyabrın 3-dən 4-nə keçən gecə yayımlanan 199-cu bölümündə Türkiyə Dərin Dövlətinin "Ağsaçlı" ləqəbli rəhbəri Polad Alemdarın sağ əli Abdulhey Çoban Dərin Dövlətin ("İxtiyarlar") digər üzvü "Hoca" ilə söhbətində Azərbaycana aid siyasi məsələlərdən bəhs ediblər. Bu söhbət zamanı Rusiyada fəaliyyət göstərən azərbaycanlı oliqarxların yaratdığı "Milyarderlər İttifaqı"na da toxunulub.