Tanınmış müğənni həyatyoldaşına: "Kaş bizi atıb, gedərdi..."-ÖZƏL

4 Oktyabr 2013 11:17 (UTC+04:00)
Aybəniz Haşımovanın sosial şəbəkədə yoldaşı ilə olan şəkli paylaşıb.  Mövqe.az-ın məlumatına görə, sənətkarın cavanlıq illərini əks etdirən bu ailə şəkili  Aybəniz Haşımova sevənlərini kədərləndirib. Əməkdar artist şəklin başlığında həyat yoldaşına həsr etdiyi şeir  və sonda öz sözləri ilə bir neçə cümlə yazıb. Həmin şəkli və statusu Movqe.az sizə təqdim edir: 

Nə qədər canım var, sağam, mən səni,
Xatirə olmağa qoymayacağam.
Alıb o dünyanın əlindən səni,
Hər gün bu dünyaya qaytaracağam.

Qoymayacağam ki, unudulasan,
Başıma yağsa da alovlar, odlar.
Sən də hamı kimi ölü olasan,
Sən də hamı kimi çıxasan yaddan.
Çox  qəribədir dünya . Çox çalışıram ki, başım qarışsın. Amma olmur. İllər ötdükcə  daha çox anlayırsan bu dünyanın yalan olduğunu ... Hər şey yalan imiş, bir ondan başqa... O, həqiqətin özüdür!
Ölüm! Hərdən adam bilmir nə etsin, canını hara götürüb qaçsın. Biri var bilirsən ki, dünyada, başqa-başqa ünvanlardasan... Gedib istədiyin vaxtı ən azından uzaqdan da, olsa görəcəksən, biri də,var ki, nə qapısı  var, nə də, bacası... İndi gəl yaşa, görüm bu dərdlə necə yaşayırsan...Kaş bizi atıb, gedərdi.Ancaq belə dağ qoymayardı.  

Bağışlayın siz Allah.Ürəyim birdən yaman yandı. Onu görmək istədim. Dərdin də, özün kimi hər gün böyüyür.