Rusiyada beynəlxalq axtarışa verilən azərbaycanlıya 14 il iş verildi

4 Oktyabr 2013 11:40 (UTC+04:00)

Vədafar Əliyev 2006-cı ildə Moskva şəhərində qonaq qaldığı evdə iki qadını qətlə yetirib

Rusiyada iki nəfəri öldürən azərbaycanlıya 14 il iş verilib. Movqe.az-ın ans press-ə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva prokurorluğundan məlumat verilib. 

Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı olan Vədafar Əliyev 2006-cı ilin noyabr ayında Moskva şəhərində qonaq qaldığı evdə iki qadını boğaraq öldürüb. Bundan sonra qaçaraq Azərbaycanda gizlənib. Elə həmin gün onun haqqında beynəlxalq axtarış elan olunub. 

Həmin şəxsi Azərbaycanda tutmaq mümkün olub. Cinayətkara 14 il 8 ay həbs cəzası verilib.