Daxili Qoşunların əsgərinin ağacdan asılmış meyiti tapılıb

4 Oktyabr 2013 11:45 (UTC+04:00)

Azərbaycanda hərbçinin meyiti tapılıb. Hadisə Gəncə şəhərində qeydə alınıb.


Kəpəz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, meyiti tapılan şəxs Daxili Qoşunların əsgəri, Ağdam rayonunda qeydiyyatda olan 1989-cu il təvəllüdlü Cəfərov Vüqar Süleyman oğludur.

 

Meyit şəhərin Nərimanov prospektində yolun kənarındakı ağacda asılmış vəziyyətdə aşkarlanıb. Hərbçinin intihar etdiyi güman edilir.