Bakıda avtomobil piyadanı vuraraq öldürüb

4 Oktyabr 2013 12:21 (UTC+04:00)

Bakıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 3-ü saat 20:30 radələrində Heydər Əliyev prospektində Bakı şəhər sakini Əfqan Nuriyev idarə etdiyi "Kia" markalı avtomaşınla İsaxan Hacıyevi vurub. İ.Hacıyev xəsarətlə xəstəxanaya daxil olub və saat 21.30 radələrində orada dünyasını dəyişib.