Bakıda kişi hərbi komissarlıqda qollarını doğradı

4 Oktyabr 2013 12:24 (UTC+04:00)

42 yaşlı Alim Əhmədov damarlarını doğrayaraq özünü öldürməyə cəhd edib

Hadisə  Ötən gün Bakının Sabunçu rayonu ərazisində 42 yaşlı kişi damarlarını doğrayıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən ans press-ə verilən məlumata görə, özünə qəsd etmək istəyən şəxs Alim Əhmədov olub. Qan içində olan Alim Əhmədov dərhal 3 saylı Sabunçu xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xils etmək mümkün olub.


Ans press-in əldə etdiyi məlumata görə, Alim Əhmədov özünü hərbi Komissarlıqda doğrayıb. Hadisənin nə səbəbdən baş verdiyi araşdırılır.


Hadisə barədə ətraflı məlumat almaq üçün Sabunçu rayon Hərbi Komissarlığı ilə əlaqə saxlayıb bu barədə məlumat versək də, hec bir cavab vermədən dəstək asıldı.