Tanınmış müğənni restoran açır-Eksklüziv

4 Oktyabr 2013 12:44 (UTC+04:00)
Neçə vaxtdır şou-biznesdən kənar düşən müğənnilərimizdən biri də Elçin Hüseynovdur. Tədbirlərin birində müğənni ilə söhbətimiz zamanı məlum oldu ki, müğənninin başı şəxsi biznesinə qarışıb. Mövqe.az-a bu barədə məlumat verən müğənni hal-hazırda çox məşğul olduğunu bildirib: " Hal-hazırda başım şəxsi biznesimə qarışıb. Ona görə vaxtım olmur ki, yeniliklər edim, mahnı yazdırım. Resoranım bu yaxınlarda fəaliyyət göstərəcək. Ondan sonra hər şey yaxşı olacaq".