Rusiya-Ukrayna sərhəddində bir nəfər özünü partlatdı

4 Oktyabr 2013 13:01 (UTC+04:00)

Rusiya-Ukrayna sərhədində baş verən insident nəticəsində 1 nəfər ölüb, 2 nəfər də yaralanıb

Dünya  Rusiya-Ukrayna sərhədində, Sumsk ərazisində yerləşən "Baçevsk" buraxılış məntəqəsində partlayış baş verib. Movqe.az-ın Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, sərhəd xidmətinin iki əməkdaşı Moldavaya məxsus nömrə nişanlı sərnişin avtobusunda gizlənərək keçməyə cəhd edən şəxsi saxlayaraq geri qaytarmaq istəyib.

Ancaq həmin şəxs əlindəki qumbara ilə sərhədçiləri qorxudaraq pasport yoxlanış məntəqəsindən keçməyə cəhd etsə də, qumbara əlində partlayıb. Partlayış nəticəsində o, yerindəcə həlak olub, iki sərhədçi isə ağır yaralanıb. 


İlkin məlumatlara görə, sərhəddə fövqəladə vəziyyət elan olunub və sərhəd-nəzarət gücləndirilmiş iş rejiminə keçib.