Güclü iştah təhlükədən xəbər verir

20 May 2012 13:00 (UTC+04:00)

Litvalı mütəxəsizlər iddia edirlər ki, yaxşı iştaha pis əlamət ola bilər. O insanlar ki, dayanmadan yemək yeyirlər və iştahalarıda hər zaman güclü olur, onlarda daha çox diabet xəstəliyindən əziyyət çəkirlər.

Litvalı alimlərin apardığı tədqiqatlarda 234 nəfər iştirak edib. Bu insanların hər biri diabet xəstəliyindən əziyyət çəkir. Tədqiqatın iştirakçıları aclıq hissindən və daima qidalanmaq istədiklərindən şikayətləniblər.

Tədqiqatın müəllifləri diabet xəstəliyinin artıq qorxunc dərəcədə yayıldığını bildiriblər. Qeyd edək ki, diabetə səbəb, bizi əhatə edən mühit də ola bilər. Bu xəstəliyin müalicəsi üçün, ilk növbədə düzgün diaqnoz qoyulmalıdır.

Türkan Nadirqızı

Movqe.Az