Qəlbləri riqqətə gətirən mahnı-VİDEO

4 Oktyabr 2013 14:09 (UTC+04:00)

Yaraşıqlı gənc müğənni Fərid Mərd dayanmadan yeni mahnılar yazdırır. Mövqe.az-ın məlumatına görə. müğənnilik və bəstəkarlıq istedadı ilə yanaşı Fərid Mərd həm də virtual gitara ifaçısıdır. Müğənninin bu qabiliyyəti onun yeni yazdırdığı rok üslublu vətənpərvər mövzulu mahnısında tam aydınlığı ilə təzahür edir. "Gənclik marşı" adlanan bu mahnının musiqisi və sözləri Fərid Mərdin özünə, aranjemanı isə DJ Veboya məxsusdur.

"Gənclik marşı" Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə yazılıb. Həmin mahnını ilk dəfə sizə təqdim edirik: