Aygün Kazımovadan əməliyyat olunduğunu inkar edən müğənnilərə...-ÖZƏL

4 Oktyabr 2013 14:24 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova yenə də öz atmacalı fikirləri ilə gündəmə gəlib. Belə ki, müğənni sosial şəbəkədə ən çox əməliyyat etdirib lakin bunu dananlara tikanlı sözlər ünvanlayıb. Hətta müğənni bununla bağlı heyvanlar arasında olmuş əhvalatı da misal çəkib. Müğənni  instaqramda onu izləyənlərə belə bir sual ünvanlayıb: "Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən və hamıdan çox, hamını bu mövzuda qınayan, lağ edən müğənni kimdir?"

Cavablar isə müxtəlif olub. Ən çox Brilliant Dadaşovanın adı çəkilib.