"Nar-Şərab" ın qurd açıqlaması narazıçılıq yaratdı-ÖZƏL

4 Oktyabr 2013 15:32 (UTC+04:00)

"Nar-Şərab" restoranının baş adminstratoru Vüsal Bəyəliyev baş verən xoşagəlməz hadisə ilə bağlı fikirlərini Mövqe.az-a açıqlayıb:"Bəli xəbər doğrudur. Ancaq biz iki ildir fəaliyyət göstəririrk və birinci dəfədir belə hadisə baş verir. Əgər yeməyin içindən tük və ya başqa nəsə çıxsaydı o zaman bu barədə nəsə tədbir görmək olardı. Ancaq qurd üçün biz nə edə bilərik. Qurdun orda olmasını biz hardan bilə bilərdikki? Görünür həmin müştərini ən çox yandıran onun ödədiyi hesab olub. Həmin müştəri heç hadisə baş verən zaman bizi çağırıb heç nə deməyib. Evinə getdikdən sonra gecə yarısı bizə zəng edib ki, şəklini çəkimişəm bəs badımcan kababının içindən qurd çıxıb. Versin bizi məhkəməyə... Əgər o, anındaca şikayət etsəydi biz bu məsələni araşdıra bilərdik. Ancaq indi yox, gecdir artıq".

Azad  İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə məsələ ilə bağlı Mövqe.az-a bunları deyib: Bu təbii ki, anormal haldır. Bütün ölkələrdə belə hadisələr olur. Ancaq bizdə həddini keçib. Mən iki il öncə Kanadanın Tarotta şəhərində idim. Belə bir xəbər yayıldı ki, müştəri restoranların birində tarakan görüb. Səhəri gün getdim restorana və gördüm ki, Səhiyyə orqanları restoranı tamamilə bağlayıbdır. Belə hallar olan zaman dərhal səhiyyə və gigiyena orqanları məsələyə müdaxilə etməli, monitorinqlər apararaq restoranı bağlanmalıdır. Ona görə bağlanmalıdır ki, orada təmizlik işləri aparılsın, lazimi tədbirlər görülsün. Belə davam etsə mən Cənab Prezidentə bu barədə yazacağam".

Restoran tərəfindən verilən açıqlamaya isə E. Hüseynov belə münasibət bildirb: "Qurddursa da, onlar buna cavabdehdirlər. Gərək ərzaqlar yoxlanışdan keçirilsin. Əgər müştəri mənə rəsmi müraciət etsə mən ona dəyən maddi zərəri ödətdirməyə çalışaram. Ancaq restoran bu məsələdə məsuliyyətdən "qurddur nə edə bilərik" deyib, boyun qaçırırsa, bu anormallıqdır. Onlar yemək hazırlayarkən tərəvəzin təmizliyinı diqqət yetirməlidirlər. Hardan nə gəldi gətirməsinlər, müştəriləri aldatmasınlar".

Qeyd edək ki, Bakı şəhərindəki tanınmış restoranda, "Nar Şərab" restoranında  masa arxasında oturan müştərini xörəyin içərisindən çıxan canlı heyrətə gətirib. Ad gününü qeyd edən İlkin adlı şəxs gördüyü mənzərə barədə restoran rəhbərliyinə deyəndən sonra aldığı cavab isə onu daha da təəccübləndirib.

Müştəri milli.az-a ünvanladığı məktubda yazır ki, senytabrın 30-da "Nar-şərab" restoranında ad gününü keçirirmiş. Masaya gətirilən badımcan kababının içərisindən elə həmin tərəvəz boyda qurd çıxıb və sonda ondan 550 manat hesab tələb edilib. "Restoranın inzibatçısına iradımı isə qonaqların yanında ayıb olmasın deyə oradan çıxandan sonra bildirdim. İnzibatçı isə dedi ki, qurdun çıxması badımcanla bağlı olan şeydi. Dedi ki, badımcanın içərisindən qurd çıxması normaldır. Bu nə dərəcədə düzgündür? Deməli, belə cıxır ki, bu qədər hesab ödəyirsən, lazım olsa içindən tarakan da çıxa bilər? Xahiş edirəm, mənə məsləhət görün, hara müraciət edim? İnsanlara qarşı hörmətsizlik nə vaxt dayandırılacaq", – oxucu yazır.