Obamanın görüş təklifini 5 dəfə rədd etdi

4 Oktyabr 2013 15:53 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İran prezidenti Həsən Ruhani, Nyu Yorkdakı Birləşmiş Millətlər Təşkilatının yığıncaqları əsnasında görüşmək üçün ABŞ prezidenti Barak Obamadan gələn istəkləri beş dəfə rədd etdiyini söyləyib. İran xəbər agentliyi Farsın xəbərinə görə jurnalistlərə ötən gün etdiyi nitqində Ruhani, "Nyu Yorka ziyarətimdən əvvəl Amerikalılar, Obama ilə görüşmək üçün beş mesaj göndərdilər. Bu mesajları rədd etdim. Sonra qısamüddətli görüş təklif etdilər. Lakin görüş planını qəbul etmədim, görüş üçün zəmin hazır deyildi "deyib. İran lideri, həmçinin bölgədə yeni bir müharibənin qarşısını almaq üçün BMT-dəki vəzifəsini müvəffəqiyyətlə tamamladığını söyləyib. Obama və Ruhaninin görüşü planlaşdırılırdı, lakin bu reallaşmadı, iki lider ABŞ-dan ayrılmadan telefonla danışdı. Yenə Fars xəbər agentliyinə görə Ruhaninin Qərb ilə yaxınlaşdığı yeni siyasəti İran Parlamenti tərəfindən təsdiqlənib. Parlamentdə vəzifə alan 290 deputatdan 230-u Respublika başçısına dəstək mesajını daşıyan şərhi imzalayıb.