Suiqəsd tapmacası

4 Oktyabr 2013 16:23 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İrana yönəlmiş Stuxnet kompüter virusu hücumlarını dayandıran qrupdan olan bir siber təhlükəsizlik mütəxəssisi ölü tapılıb. İngilis mətbuatı " sui-qəsd " dedi , İnqilab mühafizəkarları yalanladı. Şübhəli yenə İsrail oldu.

İranda ölkənin ən əhəmiyyətli təhlükəsizlik mütəxəssislərindən birinin ani ölümü sui-qəsd iddialarını özü ilə gətirib. İngilis Daily Telegraph qəzetinin xəbərinə görə İran İnqilab mühafizəkarları Siber Döyüş Mərkəzi komandirlərindən Müctəba Əhmədi, Tehranın şimal-qərbindəki Karaj qəsəbəsi yaxınlığındakı meşədə ölü tapılıb. Qəzetin Albroz adlı İranlı xəbər saytına istinadən xəbərinə görə , siber təhdidlərə qarşı təhlükəsizlikdə təcrübəli bir mütəxəssis olan Əhmədinin, ürəyinə iki atış açılaraq öldürülüb. İranlı qaynaqlar Müctebanın ölümünü təsdiqləyib. Ancaq siber döyüş mütəxəssisinin sui-qəsdə qurban getdiyi yalanlanıb.