Diqqət! 3 gün özünüzü qoruyun!

4 Oktyabr 2013 16:46 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Günəşdə meydana gələn ilin ən şiddətli partlayışı bu səhərdən etibarən Yerə maqnetik fırtına olaraq çatıb və həftə sonuna qədər təsiri davam edəcək. Rusiya Meteorologiya Dairəsi şərh edərək, xroniki ürək və damar xəstəlikləri, əsəb problemləri olan şəxsləri tədbir almaları mövzusunda xəbərdar edib. Günəşin Yerdən görünməyən səthində, 29-30 Sentyabr tarixləri arasında meydana gələn şiddətli partlayışın böyük bir plazma kütləsi formasında saniyədə 900 km sürətlə günəş sistemi dərinliklərinə doğru getdiyi bildirilib. Rusiya Meteorologiya Dairəsi tərəfindən edilən xəbərdarlıq açıqlamasında maqnetik fırtına olaraq bilinən təbiət hadisəsinin mənfi təsirlərinin Cümə axşamı sabahında etibarən həftə sonuna qədər davam edəcəyi deyilib. Maqnetik fırtınalar əsnasında insanlardakı narahatlıqlar daha nəzərəçarpan hal alır. Risk qrupuna ilk əvvəl ürək və damar narahatlıqları olan kəslər girir. Çox vaxt hipertoniya müşahidə edilir. Maqnetik fırtına insanın sinir sisteminə də təsir edir. Yalnız psixi problemləri olan kəslər deyil, sağlam insanda da stress və depresiya əlaməti kimi vəziyyətlərlə qarşılaşa bilər. Səbəbsiz kimi görünən baş ağrısı gözlənə bilər. Bu səbəblə növbəti üç gün risk qrupuna girənlər, xüsusilə ürək xəstələri yanlarında davamlı istifadə etdikləri dərmanları saxlamalıdır . Həddindən artıq fiziki yorğunluğa gətirib çıxaracaq hərəkətlərdən çəkinmək lazımdır. Stressli olacağı əvvəldən bilinən işlərə bir neçə gün ara verilməlidir.