"Kardeşler" Un Məmulatları sexinin məhsulunda bağırsaq çöpü aşkarlanıb-Özəl

4 Oktyabr 2013 17:49 (UTC+04:00)
Respublika Gigiyena Epidemiologiya Mərkəzi (RGEM) kremli və qənnadı məhsullarının labarator müayinəsini başa çatdırıb. Mərkəzin Qidalanma bölmısinin rəhbəri İmran Abdullayev Movqe.az-a açıqlamasında bildirib ki, 100 nümunədən götürülən labarator analizlər zamanı iki nümunədə qeyri-kafi nəticə üzə çıxıb: "Həmin nümunələrdə bağırsaq çöpü aşkarlanıb. Bəlli olub ki,Nərimanov rayonunda Ağa Nemətulla küçəsi 28-də yerləşən "Qənnadı məhsulları" müəssisəsində və Nəsimi rayonunda yerləşən "Kardeşlər" Un Məmulatları sexindən götürülən nümunələrdən bağırsaq çöpü aşkarlanıb. Təkrar nümunələr zamanı belə fakt üzə çıxmayıb".