Eşşək arısı 42 can aldı

4 Oktyabr 2013 20:30 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinin Şensi əyalətində eşşək arıları səbəbiylə həyəcan təbili çalınıb. Ölkənin mərkəzi hissəsində yerləşən əyalətdə İyul ayından bu yana eşşək arılarının soxduğu 42 nəfər dünyasını dəyişib, 1675 nəfər isə xəstəxanalıq olub.

Eşşək arılarıyla mübarizə aparan Çinli səlahiyyətlilər isə, indiyə qədər 710 eşşək arısı yuvasını dağıdıb. Buna baxmayaraq hələ də hücumların qarşısı alına bilmir. Amerika Miçiqan Universiteti mütəxəssisləri, insanlara hücum edən eşşək arılarının iriliyinə diqqət çəkib. Asiyada yaşayan sözügedən eşşək arıları 3.5- 5.5 santimetr uzunluğundadır, qanad uzunluqları isə 8 santimetrə qədər çıxa bilir. Yaponiyada eşşək arıları hücumu nəticəsində ildə 50 nəfər dünyasını dəyişir.