Bu da "Xperia Z1 Mini"nin çıxış tarixi!

4 Oktyabr 2013 21:39 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Sony Xperia Z1-in təqdimatından sonra mini modelinin gələcəyi söz-söhbətləri başlamışdı. İndiyə qədər Xperia Z1 Mini ilə əlaqədar bir çox sızdırılan görüntü və məlumatı sizlərə təqdim etmişdik İndi də bu cihazın təqdimat tarixi mediaya sızdırılıb. Yeni gələn xəbərlərə görə Xperia Z1 Mini 10 oktyabr tarixində şirkət tərəfindən tanıdılacaq. Cihaz 10 oktyabrda Yaponiyanın NTT DoCoMo şəhərində nümayikş ediləcək. Sony Xperia Z1 Minidə, Xperia Z1-ə görə 1280 x 720 piksel həllolma dəqiqliyə sahib 4.3 düym HD və daha kiçik bir ekran yerləşmiş olsa da, Z1-ə bənzər xüsusiyyətləri ilə gələcək. Cihaz, Android 4.2.2 Jelly Bean ilə gələcək. Bununla yanaşı telefon bir dörd nüvəli 22Ghz Qualcomm Snapdragon 800 prosessor ilə təchiz olunacaq və eyni zamanda 2GB RAM olacaq. Xperia Z1 Mininin digər xüsusiyyətləri isə 16GB saxlama və Xperia Z1-də olduğu kimi eyni- toza və suya davamlı olaraq gələcək. 10 oktyabrda Yaponiyada tanıdılacaq cihazın Oktyabrın sonunda satışa təqdim edilməsi gözlənilir. Xperia Z1 Mininin dünya daxilində nə vaxt satışa təqdim ediləcəyi hələlik bilinmir.