İtaliyada milli hüzn günü elan edilib

4 Oktyabr 2013 19:13 (UTC+04:00)

İtaliya ölkə sahillərində göyərtəsində teqribən 500 miqrantın olduğu gəminin batması ilə əlaqədar milli hüzn günü elan edib.

Lampeduza adası sahillərində batan gəmidən en az 103 insanın cəsədi tapılsada, rəsmilər ölü və itkinlərin sayının təqribən 300-ə yaxın olduğunu təsdiqlədi .Sahildən bir kilometr məsafədə batan gəmidə qalan hələ də çox sayıda insan cəsədinin aşkarlanmasına çalışılır.

20 metr uzunluğunda olan gemidən 150 dən çox miqrant sağ olaraq xilas edilib. Birləşmiş Millətlər Təşkilatı miqrantların bir çoxunun Somali VəEritreya bölgəsindən olduğunu deyir.

İtaliya Daxili İşlər naziri Angelino Alfano Lampeduza adasını ziyarət edərkən mediya nümayəndələrinə verdiyi açıqlamada gəminin 35 yaşlı Tusnili kapitanının həbs olunduğunu deyib. Nazir vurğulayıb ki,Tunisli kapitan aprel ayından İtaliyadan departasiya edilib. Alfano Liviyanın Misurata limanından İtaliya istiqamətində hərəkət edən gəminin Lampeduza adası yaxınlığında mühərrikinin sıradan çıxıdığını deyib.

Ehtimal olunurki gəmi batan zaman miqrantlardan bəzilərinin ətraf gəmilərdən kömək istəmək məqsədilə qaladıqları ocaqların alovları tez bir zamanda gəminin digər hissələrinə də yayılıb. Ölənlər arasında 3 azyaşlının və iki hamilə qadının olduğu da bildirilir. BMT ilin əvvəlindən sentyabr ayının sonuna qədər italiyaya dəniz yolu vəasitəsi ilə gələn miqrantların sayının 30 midən çox olduğunu qeyd edir.Gələnlərin böyük bir qismi ölkələrindəki münaqişələrdən qaçan Suriya ,Eritreya və Somali vətəndaşlarıdır.