“Eurovision 2012” yarışmasına rəsmən start verildi

20 May 2012 12:00 (UTC+04:00)

Bakıda keçiriləcək "Eurovision 2012" Mahnı Müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, "Euroclubda" keçirilən mərasimdə müsabiqədə iştirak edən 42 ölkə təmsilçisi "qırmızı xalça" üzərindən keçiblər.

Bununla da 57-ci dəfədir keçirilən "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyi edən Azərbaycanda yarışmaya rəsmən start verilib.

Qeydiyyatdan keçən mətbuat nümayəndələri, fanatlar və ölkələrin nümayəndə heyətləri iştirak etdiyi gecədə dünyaca məşhur hitlər səsləndirilib.

Tədbir qonaqların rəqsləri ilə davam edib.