Ermənilər atəşkəsi yenidən pozdu

7 Oktyabr 2013 10:50 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Şıxlar kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.