Azərbaycanda hərbi maşın qəzaya uğrayıb. APA-nın məlumatına görə, hadisə
Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Müdafiə
Nazirliyinin "N" saylı hərbi hissəsinə məxsus "Ural" markalı yük
maşını dərəyə yuvarlanıb. Nəticədə sürücü, müddətdən artıq xidmət
edən hərbi qulluqçu, 1974-cü il təvəllüdlü Məmməd Hüseyn oğlu
Hüseynov yerindəcə keçinib. Maşında olan əsgər İlkin Orucov isə
müxtəlif bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.