Misirdə qarşıdurma-44 ölü, 240 yaralı
7 Oktyabr 2013 11:27 (UTC+04:00)
Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları ilə
polis arasında qarşıdurmalar bazar günüdə davam edib. Movqe.az-ın
Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, baş verən qanlı
qarşıdurmalar zamanı 44 nəfər həyatını itirib, 240-yaxın insan
müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə rəsmi məlumatı Misirin Səhiyyə Nazirliyi yayıb. Ölüm
faktlarının 40-ı Qahirədə baş verən toqquşmalarda qeydə alınıb.
Qeyd edək ki, Misirdə baş verən qanlı toqquşmalar ölkənin sabiq
prezidenti Məhəmməd Mursi ilə onu tutduğu vəzifədən devirən general
Əbdülfəttah Əl Sisinin tərəfdarları arasında baş verir. Misir
Daxili İşlər Nazirliyi toqquşmalarda 423 Mursi tərəfdarının
saxlanıldığını bəyan edib.