Parlament iclassz buraxldı

20 May 2012 20:15 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Yunanıstan prezidenti Karolos Papulyas bir islas belə işləməyən parlamentin buraxılması barədə dekret imzalayıb.

Qeyd edək ki, ölkə qanunvericiliyinə seçkilər mayın 6-da keçirilmişdi. Parlamentin buraxılmasına səbəb isə siyasi qüvvələr arasında hökumətin formalaşdırılmasında razılığın əldə olunmamasıdır.

Yeni seçkilərin keçirilməsi iyunun 17-ə təyin edilib. Müvəqqəti hökumətə isə dövlət surasının sədri Panayotis Pikramenos təyin olunub.

Qeyd edək ki,Yunanıstandakı böhran dollarla müqayisədə avronun durumunu çətinləşdirib. Avropa İttifaqı isə bu ölkənin qurumu tərk edə bilməsindən ehtiyatlanır.