Tanınmış teleaparıcının qohumu hər kəsdən kömək istəyir (VİDEO)

7 Oktyabr 2013 12:06 (UTC+04:00)

İlham Mirzəyevin dayısı qızı: "O evdə gəlin olduğum 8 ay ərzində həyat yoldaşım evə 2 dəfə gəldi"

Kriminal  Tanınmış teleaparıcı İlham Mirzəyevin dayısı qızı Aysel Əliyeva ictimaiyyətə daha bir videomüraciət ünvanlayıb. Mövqe.az-ın məlumatına görə, 8 ayın gəlini olmuş və rəsmi həyat yoldaşı Asif Əliyevin ailəsi tərəfindən küçəyə atılmış Aysel bu müraciətində hər kəsdən kömək istəyir.


Yaşadıqlarından söz açan A.Əliyeva həyat yoldaşı Asif Əliyevlə normal ər-arvadlıq yaşamadığını açıqlayır: "O evdə gəlin olduğum 8 ay ərzində həyat yoldaşım 2 dəfə evə gəldi."


Videogörüntüdə Təmiz Dünya qadınlar təşkilatının rəhbəri Mehriban Zeynalova, hüquqşünas Rəna Həsənli məsələyə öz münasibətlərini bildiriblər və hər iki hüquq müdafiəçisi öz çıxışlarında Aysel Əliyevanın hüquqlarının pozulduğunu diqqətə çatdırırlar.