İctimai televiziyada “Xatırlananlar”

7 Oktyabr 2013 12:32 (UTC+04:00)

Son aylar İctimai televiziyadakı dəyişiklər və yeniliklər tamaşaçıların diqqətini cəlb edir. Telekanalın proqramı zənginləşməkdədir. Öyrəndik ki, bu ay İctimai televiziyada yeni rubrika açılır:"Xatırlananlar". Bu barədə mətbuata məlumatı televiziyanın əməkdaşı, jurnalist Vidadi Hüseynov verib. Onun sözlərinə görə, Ictimai televiziya yaranandan 8 il ərzində xatirə verilişləri hazırlanmayıb.  Kinorejissor, əməkdar incəsənət xadimi Cəmil Quliyev İctimai televiziyaya baş direktor seçildikdən sonra bu kanalda incəsənət xadimlərinə qarşı diqqət bir qədər artıb. Respublikanın  əməkdar artisiti Hamlet Qurbanovun "Xatırlananlar" rubrikasında anılacağı bunun bariz nümunəsidir. Qəribədir ki, əksəriyyətin yaddaşında maraqlı obrazları ilə yadda qalan aktyor haqqında indiyədək heç bir televiziya kanalı veriliş hazırlamayıb. Bu mənada İctimai televiziya aktyoru xatırlayan ilk telekanal olacaq.

Vidadi Hüseynov deyir ki, elə bu rubrikanın açılmasına səbəb dünyasını dəymiş böyük sənətkarları xatırlamaq, onların sənət uğurlarından söhbət açmaqdır.

Bu rubrikadan ilk veriliş aktyor Hamlet Qurbanovun 75 illiyi ərəfəsində onun anılmasıdır. Oktyabrın 14-də, onun doğum günündə efirə gedəcək verilişdə aktyorun sənət dostları çıxış edəcək, onun yaradıcılığından söhbət açılacaq. O yaratdığı obrazlarla bir daha tamaşaçılara xatırlanacaq. Verilişdə "Əliqulu evlənir"də Əliqulu, "Mehmanxana sahibəsi"ndə qraf, "Ötən ilin son gecəsi"ndə Vaqif, "Evləri köndələn yar"da professor və digər tamaşalarda fraqmentlər təqdim oluanacaq.