Azərbaycanın Astara rayonunda həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən rayonun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyevin həbs olunması barədə sanksiya verilib.
Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, Ç. Mehdiyev prokurorluğun sanksiyasına əsasən həbs olunaraq istintaq orqanlarına təhvil verilib. Astara Rayon Prokurorluğundan isə məsələ ilə bağlı hər hansı açıqlanma verilməyib.
Qeyd edək ki, Çingiz Mehdiyev 9 il öncə ailə həyatı qurduğu 28
yaşlı həyat yoldaşı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, onun
əl-qolunu bağlayaraq işgəncələr verməkdə, müxtəlif bədən
xəsarətləri yetirməkdə təqsirləndirilir. N. Xəlilova hazırda Astara
Mərkəzi Rayon Xəstəxanasında müalicə olunur.