Aparıcı Əkbər Əlizadə "Space"i "ATV" ilə əvəzlədi

7 Oktyabr 2013 13:07 (UTC+04:00)

Bu gün ATV kanalında yeni veriliş başlayacaq. Mövqe.az-ın məlumatına görə, üç məşhur aparıcının təqdimatında olacaq veriliş hər həftənin bazar ertəsi, saat 22:00-da yayımlanacaq. Əkbər Əlizadə, Tünzalə Əliyeva və Ülviyyə Əliyevanın iştirakı ilə hər həftə gülməli, maraqlı bir yarışma təqdim ediləcək.

Şou-biznesin tanınmış simaları bir-biriləri ilə yarışacaqlar. Verilişdə iki komanda iştirak edəcək. Komandalardan birinə Toppuş bacı, digərinə isə Keyxanım "Qorxma mən səninləyəm" deyəcək. Əkbər isə komandalara müxtəlif tapşırıqlar verəcək.