Səməd Səmədovun aparıcılığı cəmi bir həftə davam etdi
7 Oktyabr 2013 14:59 (UTC+04:00)
Xalq artisti Səməd Səmədov "Space" telekanalında
hava durumunu təqdim edib.
Bu barədə sənətçinin prodüseri Rövşən Cəfərov
məlumat verib.
"Bu, "Space" telekanalının yeni layihəsidir.
Layihəyə əsasən hər həftə sənətçilərdən biri bu işi öz öhdəsinə
götürəcək. Səməd Səmədov uğurlu ifaçıdır. Ona görə də açılışı
onunla etmək istədilər. Tamaşaçılardan müsbət rəylər aldıq. Amma bu
aparıcılıq cəmi bir həftə davam etdi. Gələn həftə başqa müğənni
olacaq" - deyə o bildirib. (axsam.az)