Movqe.Az AzərTac-a istinadən xəbər verir ki, ABŞ-da işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşüb.
Görüşdə
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq
bildirildi, bu münasibətlərin bundan sonra da genişlənəcəyinə
əminlik ifadə olunub.
Dövlət başçıları ölkələrimiz arasında əməkdaşlığın
genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi
aparıblar.