Eynşteynin sirri nədir?

7 Oktyabr 2013 16:44 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Şərqi Çin Universiteti Fizika Fakültəsindən Veivey Menin, inkişaf etdirdiyi yeni texnika, Albert Eynşteynin beyninin hər iki lobu arasında informasiya ünsiyyətini təmin edən sinir şəbəkələrindən ibarət olan quruluşu ətraflı araşdırıblar. Eynşteynin beyniylə bağlı tapıntılar, Alman fizikçininin həyatının ən məhsuldar ili olan 1905-ci ildə, 26 yaş və daha çox yaşı olan kişilərin beynilə müqayisə edilib. Nəticədə, kainatın meydana gəlmə və hadislərin nizamlanması mövzusunda ən əhəmiyyətli nəzəriyyələrdən birinə imza atan Nobel mükafatlı Alman fizikaçının beyninin sağ və sol lobları arasındakı əlaqənin qeyri-adi şəkildə güclü olduğu təyin olunub. 26 yaşında yazdığı dörd məqaləylə müasir fizika anlayışında inqilab yaradan Eynşteynin beyin loblarının bəzi hissələri arasındakı əlaqələrin daha uzun olduğu görülüb. Araşdırmanın nəticələri "Brain" jurnalında nümayiş olunub.