Artıq Ərəbistanda da qadın vəkil var

7 Oktyabr 2013 17:02 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistan Ədliyyə Nazirliyinə dünən ilk dəfə bir qadın vəkillik sənədi verib. İlk Səudiyyə qadın vəkili olan Bəyan əl Zahra , etdiyi şərhdə Kral Abdullaha təşəkkür edib. Əl Zahra , Əl Arabiyaya etdiyi şərhdə, "Vəkillik sənədi bizim haqqımızdır və hüquq sisteminin üçüncü maddəsində təyin olunan şərtlər qüvvəyə minənədək bu haqqımızı əldə edə bilmədik . Hamımızın bildiyi kimi atamız və ən böyük dəstəkçimiz Kral Abdullah bizə bu haqqı verən və sevimli ölkəmizə xidmət edə bilməyimiz üçün yolumuzu işıqlandıran şəxsdir " deyib. Əl Zahra qadın lisenziyalı vəkillərin büro və iddia aça biləcəyini, bu iddialar üçün məhkəmə qarşısına çıxa biləcəyini söyləyib. Səudiyyə Ərəbistanının ilk qadın vəkili həmçinin krallıq qanunları çərçivəsində qadın və kişi hüquqçular arasında ayrı-seçkilik olmayacağını da vurğulayıb. Səudiyyə Ərəbistanda qadınlara yönəlmiş qadağaların bir qisimi son dövrdə yavaş-yavaş yuamşaldılmağa başlayıb. Məsələn 2011-ci ildə alınan bir qərarla qadınların 2015-ci ildəki yerli seçkilərdə səsvermədə  iştiraıyla bağlı qərar qəbul edilib. Lakin Səudiyyə Ərəbistanda qadınlara avtomobil istifadə etmək hələ qadağandır . Son olaraq ötən günlərdə bir şeyxin avtomobil istifadə edən qadınlara , "Avtomobil istifadə edən qadınların uşağı qüsurlu olar" deməsiylə bağlı müzakirə yenidən alovlanıb.