"Ermənistan prezidentinin fikrincə, hətta Allah səhv edə bilər, amma Serj Sərkisyan səhv edə bilməz"

7 Oktyabr 2013 17:18 (UTC+04:00)

Ermənistan prezidenti S.Sərkisyanın AŞ PA-dakı çıxışı, suallara verdiyi cavablar ziddiyyətli və məntiqsiz Serj Sərkisyanın düşüncəsində heç nəyin dəyişmədiyini göstərir.

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib: "Bu adam yalnız azərbaycanlı qatilidir və bundan heç bir tərəfə inkişaf edə bilməyəcək. S.Sərkisyan əvvəllər də ziddiyyətli bəyanatlar vermişdi. Sərbəst yerdəyişməni Avropa prioriteti adlandıran S.Sərkisyan bu mövzuda Türkiyə və Azərbaycanı ittiham etsə də, Azərbaycan Respublikasının tutaq ki, Cəbrayıl və Fizuli rayonlarının bir kəndindən digər kəndinə getməyi qadağan edib; Dağlıq Qarabağın erməni icmasına Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməyi qadağan edib".

Politoloq qeyd edib ki, AŞ PA-dakı çıxışında və suallara verdiyi cavabda belə ziddiyyətli və məntiqsiz mövqelərin sayını daha da artırdı:

"Qondarma Dağlıq Qarabağ Respublikası"nın adını çəkmədi. S.Sərkisyanın "Dağlıq Qarabağ Respublikası" terminini "Dağlıq Qarabağ"la əvəzləməsi təsadüfi olmaya bilər. S.Sərkisyan aşkar şəkildə bildirdi ki, Minsk qrupu həmsədrləri iki tərəf arasında vasitəçilik edir. ATƏT MQ-nin vasitəçiliyini qəbul edən S.Sərkisyanın iki tərəfə üçüncünü əlavə etmək istəyi anlaşılmır; S.Sərkisyan beynəlxalq ictimaiyyətin vasitəçiliyini qəbul etmir, vaxtı uzatmaq məqsədilə ritorika ilə məşğuldur".

Politoloq bildirib ki, S.Sərkisyanın tez-tez təkrarladığı tənzimləmə prinsipləri heç bir beynəlxalq sənəddə göstərilməyib: "Azərbaycanı 3 prinsipdən yalnız "ərazi bütövlüyü" prinsipini ön plana çıxarmaqda günahlandıran Ermənistan rəhbərliyi "xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə" prinsipini prioritet hesab edir. Əgər S.Sərkisyan inkişaf edib, böyüyübsə və Dağlıq Qarabağ münaqişəsini həll etməyə hazırdırsa o zaman Helsinki Yekun Aktına əsaslanan tənzimləmə prinsiplərindən deyil, "Böyük Sülh Sazişi"ndən danışmalıdır. "Böyük Sülh Sazişi" tənzimlənmə prinsiplərilə yanaşı, başqa məsələləri də özündə birləşdirir. S.Sərkisyana görə, münaqişə zamanı öz torpağından qovulmuş azərbaycanlılar doğma yurdlarına qayıdarkən bilməlidirlər ki, hansı dövlətə qayıdırlar. Görünür, S.Sərkisyan Dağlıq Qarabağın statusunun müəyyən olunmasında ATƏT MQ-nin səlahiyyətlərini mənimsəyib. S.Sərkisyan 4 il bundan qabaq həmsədr ölkə prezidentlərinin yaydığı sənədi qəbul etdiyini bildirir. O sənədin heç bir yerində Cənubi Qafqaz regionunda yeni bir dövlətin yaranmasına, yeni ərazi bölgüsünə eyham yoxdur. Həmsədr ölkə prezidentlərinin bəyanatında yeni dövlətin yaranmasına və ya Ermənistanın ərazisinin böyünməsinə dair hər hansı açıq və ya üstüörtülü eyham varsa, ermənilər bunu ortalığa qoysunlar. Əksinə, həmsədr ölkə prezidentlərinin 4 il bundan əvvəl yaydıqları,sonrakı illərdə təkrarladıqları sənədin əsas mahiyyəti 7 rayonu dərhal, Dağlıq Qarabağın özünü isə tədricən Azərbaycana qaytarılmasından ibarətdir".

M.Əhmədoğlu qeyd edib ki, prezident S.Sərkisyanın bəşər tarixində ən murdar qoxulu, heç bir canlı ilə müqayisə olunmayan SSRİ xalq artisti Sos Sərkisyana istinad etdi: "Sos Sərkisyan Azərbaycanda müharibəni qızışdıran S.Kaputikyan və Z.Balayan qədər populyar deyil. Amma Azərbaycana, Azərbaycan xalqına, türklərə onlardan qat-qat artıq nifrətin daşıyıcısıdır. Ümid edirik ki, Sos Sərkisyanın ölümü ermənilərin mənəvi təmizlənməsinin başlanğıcı olacaq. Ermənilərin "müqəddəs vətənləri" "Qarabağ" adlanır. Əgər bu torpaqda əvvəldən ermənilər yaşayıbsa, adı "Arsax" olubsa, "Arsax" termininin "Dağlıq Qarabağ" termini ilə əvəzlənməsinin tarixi və şəraiti barədə ermənilər özlərini maarifləndirsələr yaxşı olar. "Dağlıq Qarabağ" adlı xalq yoxdur. Ermənilərin uydurması olan bu terminə heç bir beynəlxalq sənəddə rast gəlinmir. Dağlıq Qarabağın taleyini mövcud olmayan "Dağlıq Qarabağ xalqı" deyil, Dağlıq Qarabağın əhalisi müəyyənləşdirəcəkdir. Dağlıq Qarabağın əhalisi dedikdə isə bu regionda yaşamış ermənilər və azərbaycanlılar başa düşülür. Azərbaycanın Dağlıq Qarabağ uğrunda mübarizə aparmaq haqqı barəsində S.Sərkisyanın dedikləri 2008 -ci ilin təkrarlarındandır. O zaman S.Sərkisyan qan üstə yenicə hakimiyyətə gəlmişdi. Legitimliyi naminə Dağlıq Qarabağ tənzimləməsində güzəştə hazır idi. ABŞ-ın Ermənistaydakı səfiri M.Yovanoviç S.Sərkisyanı güzəşt yolundan çəkindirdi".

Politoloq bildirib ki, regionda silahlanmaya xərclənən pulun region xalqlarının, o cümlədən erməni xalqının rifahına xərclənməsinə dair S.Səkisyanın dedikləri ciddi deyil: "S.Sərkisyan kiçik fiqurdur və müstəqil deyil. Ona görə Cənubi Qafqazın arxitekturasını dəyişmək gücündə olan ideyanın daşıyıcısı ola bilməz. Sürix protokollarını Ermənistanın Konstitusiya məhkəməsi vasitəsilə saxtalaşdıran, mahiyyətini dəyişən S.Sərkisyan bu protokolların ratifikasya olunmamasında Ankaranı ittiham etməkdə davam edir. Sürix prokolları yoxdur. S.Sərkisyan müharibə ilə bağlı köhnə fikirdədir. Ermənilərin son siyasi proseslərə verdiyi reaksiya sübut edir ki, Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını onlar işğal etməyiblər. Ermənilərin sahibləri "erməni" adlı alətlərinə müxtəlif vaxtlarda müxtəlif göstərişlər veriblər. 20-25 il bundan qabaq isə Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını işğal göstərişini verdilər. Ermənilər havadarlarının köməyilə bu əmri yerinə yetirdilər. Ermənilərin nöqteyi-nəzərincə, Azərbaycan hərbçiləri ermənilərə nisbətən bacarıqsızdır. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, ermənilərin bacarıqsız hesab etdiyi Azərbaycan hərbçisi nə qədər bacarıqsız olsa da əlində olan 100 raketdən ən azı birini Metsamor AES-ə çatdıra biləcək. O da nəzərə alınmalıdır ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri Mingəçevirdə yerləşib. Azərbaycanın hərbi konsepsiyasına görə "eyni silah təkcə bir dövlətdən alınmamalıdır; eyni iş bir istiqamətdən görülməməlidir".

M.Əhmədoğlu hesab edir ki, erməni xalqı S.Sərkisyana belə məntiqsiz bəyanatlarına diqqət ayırsa özü üçün faydalıdır: "Əks təqdirdə Sürix protokollarının imzalanması, Gömrük İttifaqına üzv olmaq sensasiyası ilə rastlaşan erməni xalqı Dağlıq Qarabağın Azərbaycana qaytarılması "sensasiyası" ilə də rastlaşacaq. Qarabağ klanı ermənilərə Dağlıq Qarabağ məsələsini elə təqdim edib ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının "sensasiyasına" erməni xalqı dözməyə bilər. Görünür, Ermənistan prezideninin fikrincə, hətta Allah səhv edə bilər,amma S.Sərkisyan səhv edə bilməz".