Misirdə mərasimlər ziddiyyətlə bitdi

7 Oktyabr 2013 17:42 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Misirdə Ərəb -İsrail müharibəsinin 40-cı ildönümü üçün təşkil edilən mərasimlər qan gölünə dönüb. Milli bayram, qarışıqlıq yaradıb, ardında 53 ölü buraxıb.

Misirdə dünən təhlükəsizlik qüvvələri və Mursi tərəfdarı etirazçılar arasında yaşanan qarşıdurmalar küçələrdə qarışıqlıq yaradıb. Yalnız paytaxt Qahirədə deyil, ölkənin bir çox şəhərində küçə qarşıdurmaları yaşanıb. Səhiyyə Nazirliyinin verdiyi məlumatlara görə dünən ölkə daxilində 53 nəfər həlak olub. Keçmiş prezident Məhəmməd Mursi dəstəkçiləri polisə tüfənglə hücum edib,  təhlükəsizlik qüvvələri də nümayişçilərə bibər qazıyla və atəş açaraq cavab verib.