Bu qış istilik mövsümü vaxtından tez başlaya bilər-Özəl

7 Oktyabr 2013 17:44 (UTC+04:00)
Bu  qış istilik mövsümü vaxtından tez başlaya bilər.  "Azəristiliktəhcizat"ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev Movqe.az-a açıqlamasında bildirib ki, əgər orta sutkalıq temperatur 6 dərəcədən aşağı olarsa, istilik mövsümünə vaxtından əvvəl, yəni noyabrın 15-dən tez başlanıla bilər: " Hələki hava kəskil soymayıb. Yağıntılı və soyuq hava şəraiti müvəqqəti xarakter daşıyır. Əgər hava kəskin soyarsa yerli icra hakimiyyətlərinin müraciətləri əsasında istilik mövsümünə vaxtından tez start verilə bilər".