Şəhzadə Dianayla bağlı şok iddia - FOTOLAR

7 Oktyabr 2013 18:09 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Şahzadə Diananın ölümü ilə əlaqədar iddialar , son günlərdə yenidən artıb. Son olaraq Daily Mail, Şahzadə Diananın ölümündə SAS komandasının barmağı olduğunu iddia edən "Əsgər N" kod adı SAS komandasının komputerində olan və Londonda körpüdən keçən avtomobillərə atış təlimi verən snayperlərin fotoşəkilini nümayiş edib. Sözügedən fotoşəkil , Parisdə avtomobillə gedərkən ölən Şahzadə Diananın avtomobilinə SAS komandasının atəş açdıqları şübhəsini yenidən ağıllara gətirib. Fotoşəkildə snayperlər Parisdəki qəzanın olduğu yolu xatırladan bir yolda təlim keçirlər. "Əsgər N"in komputerində SAS komandasına aid başqa fotoşəkillər da tapılıb. Daily Star şənbə günkü " Diananın işini SAS bitirdi" manşetli xəbərində, öldürücü SAS hərbçilərin Şahzadə Diananın qəzadan qurtulmaması üçün hər şeyi etmiş ola biləcəyini yazmışdı. Qəzet, paparazzi görünüşlü SAS qüvvələrinin Diananın yaşamaması üçün hadisə yerində olduqları iddiasını ortaya atıb. Şahzadə Diana və Dodi əl Fayed son olaraq 31 avqust 1997-ci il axşamı Parisdə bir oteldən çıxarkən görülmüş və qısa bir müddət sonra avtomobilləriylə yol qəzası edərək dünyalarını dəyişmişdi.