Bu il 300 binaya istilik veriləcək

7 Oktyabr 2013 18:05 (UTC+04:00)
Bu il 300 yeni yaşayış binası mərkəzləşdirilmiş istilik sisteminə qoşulacaq. Bu sözləri Movqe.az-a açıqlamasında "Azəristiliktəhcizat"ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev  deyib. R. Əliyev bildirib ki, dövlət proqramına əsasən yaşayış binalarının istilik sisteminə qoşulması prosesi davam etdirilir: "İstilik sisteminə qoşulan binaların sayı hər il artır. Bu il 60 yeni qazanxana tikilib. Yaşayış binalarından daha 300-nü bu il istiliklə təmin etmək mümkün olacaq".