Biletsiz Las Vegasa getdi

7 Oktyabr 2013 23:31 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da, 9 yaşındakı bir uşağın, yanında heç kəs olmadan və bilet almadan Las Vegas şəhərinə uçması, ölkədə təhlükəsizlik şəraitini gündəmə gətirib. Delta hava yolları ilə Minneapolisdən Las Vegasa reallaşan uçuşun ardınca, ÜSY spikeri hadisəni araşdırdıqlarını açıqlayıb. Spiker, hadisənin, "hökumətin bağlanması'' ndan qaynaqlandığını söyləyib. Hava yolları Komissiyası spikeri Patrick Hogan, 13 ildir hava limanında çalışdığını və hər il terminaldan 33 milyon nəfərin keçdiyini, lakin indiyə kimi belə bir hadisəylə qarşılaşmadığını söyləyib. Uşaq müdafiə xidmətləri vahidi də 9 yaşındakı uşağın ana-atasını sorğuya alıb. Uşağın yalnız biletsiz olaraq təyyarəyə minmədiyi, havalimanındakı restorandan yemək və sərnişinlərdən birinin əşyasını da oğurladığı bildirilib.