Lchr("39") Oreal qalmaqalında Sarkozi iddiası

7 Oktyabr 2013 20:43 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fransanı aylarla sarsıdan L' Oreal skandalının baş aktyoru olaraq görülən keçmiş Respublika başçısı Nicolas Sarkozi haqqında təqib olunmamaq qərarı verilib. Bu qərar sayəsində , yavaş-yavaş 2017-ci il prezident seçkilərinə hazırlandığı deyilən Sarkozinin qarşısındakı ən böyük maneə də qalxmış olub. Le Monde və Sud Ouest qəzetlərinə sızan qərara görə , istintaq hakimləri Jean Michel Gentil və Valerie Milad, 2 il davam edən istintaqın ardınca 11 şahidli L' Oreal iddiasında 10 şübhəlisi məhkəməyə sövq edib, Sarkozi haqqında təqib olunmamaq qərarı verib. Kosmetika nəhəngi və dünyanın ən zəngin qadınlarından Liliane Bettencourtun Qocalıqdan faydalanaraq , seçki kampaniyası üçün qeyri-qanuni yollardan , bağlı zərflərin içində maddi kömək aldığı iddia edilən Sarkozi haqqında bir çox şahid ifadəsi olsa da , Fransanın ən güclü istintaq hakimlərindən Jean Michel Gentil , bu iddianı sübt edə bilməyib. Lakin eyni ittihamda adı keçən Sarkozinin seçki kampaniyasını idarə edən partiyanın dövrün xəzinədarı, Büdcə Naziri Eric Voers də məhkəməyə sövq edilib. Voers və aralarında Bettencourtun mirasını idarə edən Patrice de Maistre , işadamı Stephane Courbitnin də olduğu digər 9 nəfərlə birlikdə 2014-ci ilin əvvəlində məhkəməyə çıxacaq.