Azərbaycanın ABŞ-dakı səfiri Toledo Universitetinin fəxri məzunu mükafatı ilə təltif edilib

8 Oktyabr 2013 11:55 (UTC+04:00)

4 oktyabr 2013-cü il tarixində Ohayo ştatında yerləşən Toledo Universitetində Universiteti müxtəlif illərdə bitirmiş və cəmiyyətin müxtəlif sferalarında fəallığı ilə seçilən məzunlarının təltif edilmə mərasiminə həsr olunmuş təntənəli qəbul keçirilib.

Trend Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən bildirir ki, Ohayo ştatının rəsmi şəxsləri, Universitet rəhbərliyinin iştirakı ilə keçən qəbulda Toledo Universitetinin 1994-cü ildə məzunu olmuş səfir Elin Süleymanova Universitetin "Fəxri məzunu" mükafatı təqdim edilib.

Qeyd edək ki, Toledo Universitetinin əsası 1872-ci ildə qoyulub.