Müğənninin məhkəməsində jurnalistlər iştirak edəcək

8 Oktyabr 2013 11:59 (UTC+04:00)

Vokal ifaçısı Lətifə Soyuözun qalmaqallı məhkəmə mövzusuna bir dəfəlik son qoyacaq. Müğənninin Movqe/az-a verdiyi məlumata görə, o, bu məsələ ilə bağlı gələn çoxsaylı zənglərdən və suallardan tükənib rəsmi açıqlama edəcək. Söz verdiyi yeni layihəsinə hazırlaşmaqla yanaşı Lətifə bu olayı da bir dəfəlik həll edəcək: "Zamanla bu məsələ məni narahat etsə də çalışırdım təmkinlə qarşılayım və emosiyalarımı cilovlayırdım. Amma artıq çox əsəbiləşmişəm. Mətbuata çıxmağını istəməsəm də artıq başa düşürəm ki, buna elə mətbuat vasitəsi ilə son qoymaq istəyirəm. Mənim kimlə məhkəməm olacaq, ümumiyyətlə nə baş verib hamısına noyabr ayında son qoyacağam. İndi başım bir az bir az yeni layihəmə qarışıb. Amma başa düşürəm ki, buna bir son qoyulmalıdır".

Lətifənin sözlərinə belə qənaətə gəldik ki, müğənninin məhkəmə prosesində jurnalistlər də iştirak edəcək.