Murad Arifdən etiraf.. "Bu 10 ildə..."-ÖZƏL

8 Oktyabr 2013 12:14 (UTC+04:00)
Teleaparıcı Murad Arif həyatının son 10 ili ilə bağlı etiraf edib. Movqe.az-ın məlumatına görə, Murad Arif  öz   həyatından məmnun olduğunu bildirib. Teleaparıcıcnın sosial şəbəkədə paylaşdığı statusu sizə təqdim edirik: 

"Son 10 il həyatımın ən əsas 10 ili idi. Həm şəxsi, həm karyeramda azı 10 addım irəli gedə bildim! Bu 10 ildə  ziyan vurmadan, pislik etmədən imkanlarımı genişləndirdim. Ən böyük arzularımım reallaşdıra bildim. Bunun nə demək olduğunu təsəvvürünüzə gətirin. Çətinliklər də olub... Asan nə var həyatda?! Bununla belə, nailiyyətlərim, mənəvi rahatlığım və sosial dururmum bu çətinliklərdən də üstündür! Sırf mənə yaxşı olduğu üçün, ailəmin rifahı üçün belə davam etməsini istərdim".