Çexiyalı müşahidəçi: Azərbaycanın seçki məntəqələrində hazırlıq prosesi bütün tələblərə uyğundur

8 Oktyabr 2013 13:06 (UTC+04:00)

Azərbaycanın seçki məntəqələrində hazırlıq prosesi bütün tələblərə uyğundur və hər cür şərait yaradılıb. Bunu çərşənbə axşamı "Ədalətli seçkilər uğrunda" təşkilatının seçkiöncəsi mətbuat konfransında Çexiyadan olan müşahidə missiyasının üzvü Anna Çurdova deyib.


A.Çurdova bildrib ki, onlar bir neçə seçki məntəqəsində olublar: "Seçki məntəqələrində hazırlıq prosesi bütün standartlara uygundur".