Dağdan düşən iki nəhəng qaya parçası Quba-Xınalıq yolunu bağlayıb

8 Oktyabr 2013 13:33 (UTC+04:00)

50 və 80 tonluq iki böyük qaya parçası Quba-Xınalıq yolunun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb.

Trend Regional TV-yə istinadən xəbər verib ki, qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində Quba-Xınalıq yolu müvəqqəti bağlanıb. 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafovun verdiyi məlumata görə, 50 və 80 tonluq iki böyük qaya parçası yolun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb.

Hazırda idarənin müvafiq texnikaları əraziyə cəlb olunub və qısa vaxt ərzində yolda hərəkətin bərpa olunacağı gözlənilir.