Komitə internet klublarda keçirəcək reydlərin vaxtını açıqladı-Özəl

8 Oktyabr 2013 14:06 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internet klublarda keçirəcək reydlərin vaxtını açıqlayıb. Komitənin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərovun Movqe.az-a verdiyi məlumata görə, təzə ilin ilk ayından başlayaraq start veriləcək. E. Səfərov bildirib ki, reydlər zamanı dərs vaxtı internet klublarda yoxlamalar aparacaqlar: "Yerli rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayan uşaqlarla iş şöbəsinin əməkdaşları da həmin məktəblilərin valideynləri ilə danışıqlara cəlb olunacaq. Layihənin məqsədi məktəblilərin dərsdən yayınmasının qarşısını almaqdır. Bu ilin ilk 6 ayı ərzində belə yoxlamalar keçirildi.  Reydlər növbəti ildən yenidən davam etdiriləcək. İnternetklublarda reydlər təkcə poaytaxtı deyil, respublikanın müxtəlif rayonlarını da əhatə edəcək".

E. Səfərov ötən tədris ilində keçirilən bu cür reydlərin effekt verdiyini söylədi.