Nazirliyin"Qaynar xətt" (9103) xidmətinə 771 müraciət daxil olub

8 Oktyabr 2013 15:50 (UTC+04:00)
Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə 2013-cü il avqust-sentyabr ayları ərzində 771 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən xəbərə görə, daxil olmuş müraciətlərin 571-i (33-ü əsaslı, 348-i isə əsassız, 190-ı cari problemlərlə bağlı şikayət), 12-si - aidiyyəti üzrə deyil, 188-i sorğu xarakterli olub. Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.