Obamanı başa düşürəm

8 Oktyabr 2013 16:52 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, günlərdir davam edən büdcə böhranı səbəbiylə İndoneziyanın Bali adasında edilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak edə bilməyib. Rusiya lideri Vladimir Putin, Obamanın APEC zirvəsində yoxluğunu dəstəkləyərək, "Onun yerində olsaydım eynisini edərdim" deyib. Obamanın yerinə zirvəyə ABŞ xarici işlər naziri Con Kerri qatılıb. APEC liderlərinin ailə fotoşəkili çəkilişində Kerri, Putinlə ayaq üstü qısa bir görüş də edib. Liderlər, fotoşəkil çəkilişi zamanı parçası Çindən gələn, İndoneziyada toxunan ipək bənzəri "Ende" parçasından hazırlanan paltarları geyinib.

Kerri, bənövşəyi rəngi , 61-ci doğum gününü zirvədə qeyd edən Putin isə yaşıl rəngi seçib.