Nadir seçkidən öncə namizədini açıqlayan müğənnilərimizi bisavad adlandırdı-Eksklüziv

8 Oktyabr 2013 17:28 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə seçkilər öncəsi namizədini açıqlayan şou-əhlini qınayıb. Müğənni həmin kəsləri bisavad adlandırıb: " Seçkidə kimə səs verəcəyini açıqlayanların hamısı savadsızlardır. Mən şəxsən seçkidə iştirak edəcəm. Ancaq kimə səs verəcəyimi açıqlamıram. Əgər bu açıqlanası, deyiləsi bir şey olsaydı niyə seçki məxfi keçirildi ki?!

Ümumiyyətlə mən bir söz deyim. Mən indiki hökümətdən çox razıyam. Narazı olub nə edəcəm ki?! Və yaxud da ki, niyə narazı olum?! Günü-gündən inkişaf gedir. Hər şey göz önündədir. Narazı olanlar isə axmaqlardır".

Məlumat üçün qeyd edək ki, az öncə müğənnilər Faiq Ağayev, Əli Mirəliyev, Sevda Yəhyayeva, Nazpəri Dostaliyeva, Elza Seyidcahan, Xatirə İslam, prodüser Tolik, aşıq  Namiq Fərhadoğlu, teleaparıcı Cavid Gül, model  Səbinə Allahverdiyeva Prezident seçkiləri ilə təşkil etdiyimiz sorğu zamanı  namizədlərinin adını Mövqe.az-a açıqlayıblar. Onlar yekdilliklə  İlham Əliyev cənablarına səs verəcəklərini deyiblər.