"WhatsApp"ı çökdürdülər?

8 Oktyabr 2013 17:47 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, məşhur mesajlaşma tətbiqi WhatsAppın internet saytı çökdürülüb. Saytı çökdürən və özünə "KDMS Team" adını verən Fələstinli xakker bir ismarıc da yayıb. Sayta yazılan mesajda "Salam Dünya. İki mesaj vermək üçün bunu edirik. Birincisi: Dünya üzərində Sionistlər tərəfindən oğurlanan Fələstin deyə bir yer olduğunu bilirsinizmi? Fələstinlilər, sülh içində yaşamağı, torpaqlarını azadlaşdırmaq və İsrail həbsxanalarında olan bütün məhkumların azadlığını istəyir və buna layiqdir. WhatsAppın mesajlaşma xidmətinin bu vəziyyətdən təsirlənib təsirlənmədiyi hələlik məlum deyil. Şirkət mövzuyla əlaqədar heç bir şərh verməyib.