Sabah Azərbaycanda 5 milyon 145 min seçici 5492 məntəqədə səs verəcək

8 Oktyabr 2013 18:09 (UTC+04:00)

Bu məntəqələrdən 5273-ü daimi, qalanları isə müvəqqətidir

Siyasət  Ümumilikdə seçkilərlə bağlı proseslər artıq başa çatıb. MSK-nın bütün iclasları açıq keçirilib. Dairə və Məntəqə Komissiyalarnda 5 milyon 145 min seçici səs verəcək. 5492 məntəqədə yaradılıb ki, bunlardan 5273-ü daimi, qalanları müvəqqətidir. 

Bu barədə bu gün Mərkəzi Seçki Komisiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın Müstəqil Mətbuat Mərkəzində jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.


52 minə yaxın yerli, 14 min xarici müşahidəçi seçki prosesini izləyəcək. Bəzi namizədlərin hərəkətlərinin qaydalara uyğun olmamasına gəlincə, MSK sədri bu cür halların bütün ölkələrdə baş verdiyini dedi. Veb-kameraların quraşdırılması da seçki prosesində mütərəqqi haldır. Dünyanın bütün nöqtələrindən MSK-nın saytına daxil olmaqla prosesi izləyə bilərlər. 1000 veb-kamera seçki keçirilən ərazilərin 20 %-ni əhatə edir.


Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-a təyin olunub. Prezident seçkiləri hər 5 ildən bir keçirilir